Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir

Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir.

“Report”un xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri heasb edilir:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər.

Əvvəlki məqaləHəlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaqlar
Növbəti məqaləXarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır