Bu məhsullara ƏDV-nin tətbiqi qaydası dəyişir

Kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV yalnız məhsulun ticarət əlavəsinə görə hesablanacaq.

APA-nın məlumatına görə, bunu bu gün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Qeyd edilib ki, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Əvvəlki məqaləGələn il Azərbaycanda bütün məhkəmələrdə bu sistem tətbiq olunacaq
Növbəti məqaləŞəhid ailələri və qazilərlə bağlı təklif olunan vergi güzəştlərinin həcmi artırılır