COVİD pasportu bu müddətdən sonra öz qüvvəsini itirəcək

“Digər ölkələrdə tətbiq edilən məhdudiyyətlərin Azərbaycanda tətbiq edilməsi ilə bağlı qərar yoxdur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda vaksinasiya uğurla aparılır: “Son aylarda yoluxma sayları da aşağı doğru gedir. Amma digər ölkələrdə olan problemlərin Azərbaycanda da meydana gəlməsi mümkündür. Vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Vaksinasiya 2 dozadan sonra kifayət qədər güclü qoruyucu qüvvəyə malikdir. Ancaq həmin tədqiqatlara görə vaksinin 2-ci dozasından 4 ay sonra immunitet zəifləyir və buster dozanın vurulması ciddi tövsiyə edilir. Bu proses Azərbaycanda da gedir. Bu prosesdə daha çox qoruyucu və ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə hazırda istifadə olunan COVİD pasportlarının vaxtına məhdudiyyət qoyulur. Fevral ayının 15-dən sonra COVİD pasportlarının müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay sonra COVİD pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVİD pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”.

Əvvəlki məqaləMilli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Növbəti məqaləOperativ Qərargahdan yaslarla bağlı açıqlama