Pandemiya ilə əlaqədar yeni dövlət standartı qəbul olunub

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşı görülən preventiv və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış yeni standartın layihəsini Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təsdiqləyib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standartın tətbiqi pandemiya dövründə müəssisələrdə təhlükəsiz iş mühitinin yaradılması ilə yanaşı, onların davamlı və səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.

Əvvəlki məqaləTəhsil nazirinə yeni hüquq verildi
Növbəti məqaləVahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq