Milli Məclis avtomobillərlə bağlı bu dəyişikliyi qəbul etdi

Milli Məclis nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilməsi tələbini qəbul edib.

“Report” xəbər verir ki, bu tələb “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.