Seçki günü müşahidə necə aparılır?

2020-ci il fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçki Məcəlləsi müşahidə prosesinə aydınlıq gətirir

Maddə 1.1.18. müşahidə — məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanmasıdır.

Maddə 1.1.19. müşahidəçi — seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxsdir.

Müşahidəçilərin aşağıdakı hüquqları var:

• seçici siyahıları ilə tanış olmaq;

• səsvermə gunu istədiyi vaxt muvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;

• seçicilərə seçki bülletenlərinin verilməsini muşahidə etmək;

• səsvermə yerindən kənarda seçicilərin səs verməsini muşahidə etmək;

• seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

• müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;

• müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (umumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;

• səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə muraciət etmək;

• seçki komissiyalarının sənədlərinin, o cumlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə gunu seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən cıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə cıxarmaq və ya almaq (müşahidəcinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;

• müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
• seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.

Müşahidəçilərə aşağıdakılar qadağandır:

• seçicilərə seçki bülletenləri vermək;

• seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;

• seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;

• seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;

• seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;

• seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;

• seçicilər arasında təşviqat aparmaq;

• bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;

• müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına mudaxilə etmək;

• seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).

Yuxarıda göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq rayon məhkəməsi tərəfindən ləğv edilə bilər.

SEÇKİ GÜNÜ NƏYİ MÜŞAHİDƏ ETMƏK LAZIMDIR?

S/S Səsvermə günü – Məntəqənin açılışı

 

Nəyi müşahidə   etməli?

 

1 Səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır) (Seçki Məcəlləsi, Maddə 98.2) Seçicilərin gizli səs  verməsi üçün məntəqədə şərait yaradılıbmı?

 

2 Seçki məntəqəsi səsvermə günü gözəgörünməz mürəkkəb və ultra bənövşəyi lampalar və batareyalarla təchiz olunmalıdır (Seçki Məcəlləsi, Maddə 102) Seçki məntəqəsi  gözəgörünməz mürəkkəb və ultra bənövşəyi lampalar və batareyalarla təchiz olunubmu?

 

3 Səsvermə günü saat 7.50-də MnSK sədri komissiya üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir (Seçki Məcəlləsi, Maddə 104.5)

 

Seçki qutularının boş olması möhürlənməmişdən əvvəl seçki məntəqəsində olan şəxslərə göstərildimi?

 

4 Namizədlər, bülletenlərin doldurulması qaydasının göstərilməsi haqqında məlumatların göstərilməsi məqsədi ilə MnSK-da MSK-nın müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir (Seçki Məcəlləsi, Maddə 98.3)

 

Seçki məntəqəsı  daxilində zəruri məlumat  lövhələri yerləşdirilibmi?

 

5 MnSK sədri saat 8.00-da səsvermənin başlanmasını elan edir (Seçki Məcəlləsi, Maddə 104.5)

 

Səsvermə prosesi saat 08:00-da başladımı?

 

6 Seçiciyə seçki bülleteni şəxsiyyət vəsiqəsi və ya onu əvəz sənəd təqdim edildikdə verilir (Seçki Məcəlləsi, Maddə 104.7)

 

Zəruri sənərdləri olan  seçicilərin səsverməyə  buraxılmaması halları  oldumu?

 

7 Məntəqənin qapısının girişində MnSK-nın bir üzvü seçicilərin barmağının gözə görünməz mürəkkəblə işarələnib işarələnmədiyini yoxlayır. Əgər belə işarə müəyyən edilərsə seçici məntəqəyə buraxılmır (Seçki Məcəlləsi, Maddə 140.6)

 

Barmağı   gözəgörünməz  mürəkkəblə   işarələnmiş  seçicilər   səsverməyə  buraxıldımı?

 

8 Məntəqənin qapısının ağzında MnSK-nın bir üzvü seçicilərin barmağının gözə görünməz mürəkkəblə işarələnib işarələnmədiyini yoxlayır. Əgər belə işarə müəyyən edilərsə seçici məntəqəyə buraxılmır (Seçki Məcəlləsi, Maddə 140.6)

 

Seçicilər barmaqları          yoxlanılmadan        səsverməyə      buraxıldımı?

 

9 Barmağının maye ilə işralənməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir (Seçki Məcəlləsi, Maddə 104.6)

 

Seçicilər barmaqları  mürəkkəblə  işarələnmədən  səsverməyə buraxıldımı?

 

10 Seçici seçki bülleteni aldıqdan sonra seçicilər siyahısında imza etməlidir (Seçki Məcəlləsi, Maddə 104.7).

 

Seçici siyahısını  imzalamadan seçicilər  səsverməyə buraxıldımı?

 

11 Adı seçici siyahısında olmayan vətəndaşlar həmin məntəqədə səs verə bilməzlər. Əgər həmin məntəqə ərazisində qeydiyyatdadırsa MnSK-ya müaciət edərək adını əlavə seçici siyahısına əlavə etdirərək səsvermədə iştirak edə bilər (Seçki Məcəlləsi, Maddə 48.2)

 

Adı seçici siyahısında  olmayan seçicilər  səsverməyə buraxıldımı?

 

12 Vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar məsuliyyət daşıyırlar (Seçki Məcəlləsi, Maddə 115.1.18)

 

Bir şəxsin bir-neçə   dəfə  səsverməsi  halları  oldumu? (məs.bir şəxs    eyni məntəqədə bir-  neçə  dəfə səs verir,  başqasının əvəzindən  səs verir)

 

13 Seçki sənədlərini saxtakarlaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər, seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salan şəxslər məsuliyyət daşıyırlar (Seçki Məcəlləsi, Maddə 115.1.16)

 

Topa bülletenlərin seçki  qutusuna atılması halları  müşahidə edildimi?

 

14 Seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər məsuliyyət daşıyırlar (Seçki Məcəlləsi, Maddə 115.1.15).

 

Seçicilərin qrup halında  səsverməyə gətirilməsi  halları müşahidə  olundumu?

 

15 Seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər məsuliyyət daşıyırlar (Seçki Məcəlləsi, Maddə 115.1.15). Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gozli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır (Seçki Məcəlləsi, Maddə 104.13)

 

Seçicilərin hər hansı bir    namizədin xeyrinə səs    verməyə təhrik ediməsi    müşahidə olundumu?

 

Səslərin sayılması qurtaranda

 

16 Səsvermə bitdikdən sonra seçki qutuları açılmazdan əvvəl istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir (Seçki Məcəlləsi, Maddə 106.1)

 

Səslər sayılmazdan öncə istifadə olunmamış  bülletenler sayılıb ləğv olundumu?

 

17 MnSK sədri seçki qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır (Seçki Məcəlləsi, Maddə 106.1)

 

Qutular açılmaşdan öncə onların möhürlü olmağı yoxlanıldımı?

 

18 Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları müşahidəçilərin və namizədlərin səlahiyyətli nümayəndələrinin müşahidəsi ilə tərtib olunur (Seçki Məcəlləsi, Maddə 106.6)

 

Səsvermənin nəticələri protokolda düzgün əks olundumu?

 

19 Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır (Seçki Məcəlləsi, Maddə 106.11)

 

Protokolun surəti seçki  məntəqəsinin qarşısında  asıldımı?

 

20 Müşahidəçilər seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq hüququ var (Seçki Məcəlləsi, Maddə 42.2.9)

 

Protokolun surəti   müşahidəçilərə   verildimi?

 

Bütün prosesin ümumi qiymətləndirilməsi

 

21 Müşahidəçilərin səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq və bütün prosesi müşahidə etmək hüququ var (Seçki Məcəlləsi, Maddə 42)

 

Məntəqənin açılışı,  səsvermə və səslərin  sayılması zamanı hər  hansı bir vaxtda sizə  müşahidə etməyə və   ya  bu formadan   istifadə  etməyə   maneələr  oldumu?

 

22 Hüquq mühafizə orqanın işçisi səsvermə otağında olduqda və digər kənar şəxslərin səsverməyə müdaxiləsi olduqda səsvermə dayandılır (Seçki Məcəlləsi, Maddə 104.14)

 

Məntəqənin açılışı,  səsvermə və səslərin  sayılması zamanı hər  hansı bir vaxtda proses  dayandırılıbmı?

 

23 Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsəd ilə, MnSK sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır və səsvermə etibarsız sayılır (Seçki Məcəlləsi, Maddə 104.14)

 

Gün ərzində polisin      məntəqədə olması halları oldumu?

 

24 Səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, namizədlərin nümayəndələrindən və müşahidəçilərdən başqa şəxslər kənar şəxslər sayılır və onların prosesə müdaxiləsi zamanı səsvermə dayandılır (Seçki Məcəlləsi, Maddə 104.14)

 

Gün ərzində kənar  şəxslərin prosesə  müdaxiləsi halları  müşahidə olundumu?

 

 

Kənar şəxslər kimlərdir?

Səsvermə günü seçici kimi daxil olmaları istisna olmaqla hüquq mühafizə orqanlarının əməkdaşları seçki məntəqəsinə daxil ola bilməzlər. Onlar öz vəzifələrini seçki məntəqəsinin yerləşdiyi binadan 100 metr aralıda yerinə yetirirlər. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. (Seçki Məcəlləsi, Maddə 104.14)

Qeyd: Yerli və beynəlxalq müşahidəçi olmaq istəyənlər bu linkə daxil olaraq ərizə formaları ilə tanış ola bilərlər.

Benefisiar.org

 

Oxunub: 1931

Əvvəlki məqaləNaxçıvan Ali Məclisinə seçkilər keçiriləcək
Növbəti məqaləElmira Süleymanovaya yeni vəzifə verilib