Hərbi qulluqçularla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisin yaz sessiyasında “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilib.

Komitənin hazırda keçirilən iclasında işlər planı müzakirə olunur.