Dövlət qulluqçuları ilə bağlı yeni qayda müəyyənləşir

Dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qəran ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçulan rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, binası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.