Kənd təsərrüfatı naziri vəzifəsinin icrası bu şəxslə həvalə edildi

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamında deyilir.

Qeyd edək ki, İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin edilib.