Bu müəssisələrdə işə qəbulla bağlı yeni qaydalar hazırlanacaq

“Peşə təhsili müəssisələrinə müəllimlərin, istehsalat təlimi ustalarının işə qəbul prosesini tənzimləyəcək müddəalar hazırlanıb”.

Bunu APA-ya açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bu proses daha əvvəl də olub, lakin qanun qəbul edildikdən sonra yeni qaydalar hazırlanacaq.