Dövlət satınalmaları zamanı elan verilməsi müddəti müəyyənləşdirilir

Azərbaycanda dövlət satınalmaları zamanı təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi) müddəti müəyyənləşdirilib.

“Report” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, təkliflərin cəlb edilməsi barədə elan təkliflərin açılması günündən açıq tender metodu üzrə – ehtimal olunan qiymət 1 milyon manatadək olduqda 15 iş günü, 1 milyon manatdan 10 milyon manatadək olduqda 20 iş günü, 10 milyon manat və ondan çox olduqda 30 iş günü, iki mərhələli tender metodu üzrə – 40 iş günü, kotirovka sorğusu metodu üzrə – 10 iş günü ərzində satınalmalar portalında dərc edilir.