Avtomobillərin qeydiyyatı ilə bağlı rüsum qaldırılır

Azərbaycanda avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır.

“APA-Economics” xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 17 manatdır.