“Sovetski”də söküntü prosesi yenidən başlayıb; sakinlər isə narazıdır

Son günlər keçmiş Sovetski küçəsi ərazisində köhnə yaşayış binalarının sökülməsi prosesi bərpa edilib. Bu dəfə “Təzə Pir” məscidindən yuxarıya doğru binalar sökülür.

Eyni zamanda yeni piyada keçidlərinin yenidənqurmasının yekunlaşdırılması və Nərimanov prospekti (keçmiş Sovetski) boyunca park salınması üzrə işlər fəallaşıb.

Rəsmi məlumata əsasən, bu ərazidə yüzlərlə ailə köçürülməlidir, onlara təzminat ödənilir.

Eyni zamanda, sakinlərin böyük hissəsi onlara təklif olunan məbləğə narazılıq edir. Sakinlər Turan-ın müxbiri ilə söhbətdə bildiriblər ki, standart 1 kv metr üçün 1500 manatlıq qiymət yaşayış sahəsi 30 kv metrdən artıq olmayan insanları qane etmir. Eyni zamanda, hakimiyyət belə mənzillərdə qeydiyyatda olan insanların sayına uyğun olaraq təzminat ödəməkdən imtina edir. Ən yaxşı halda onlar uzaq rayonlarda hazır mənzil verəcəklər.

Xatırladaq ki, bu ərazidə geniş miqyaslı yenidənqurma işləri aparılır. Plana əsasən, bu ərazidə böyük istirahət zonası və park kompleksi salınacaq, on minlərlə insan isə başqa yerlərə köçürüləcək.

Turan İnformasiya Agentliyi