Uşaqlara qarşı şiddət niyə törədilir və hansı mənfi nəticələri olur? (Video)

Şiddət, nifrət və fobiyalar uşaqlara valideyinlər tərəfindən ötrülür. Bununla da yetişən yeni nəsil şiddətə meyilli olur.

İnsanların məsuliyyət dərk etmədən uşaq dünyaya gətirməsi, gələcəkdə onların yalnış tərbiyəsinə gətirib çıxarır. Şiddət psixoloji və fiziki olaraq özünü 2 şəkildə göstərir. Psixoloji şiddət özgüvənsizlik, yaddaş zəifliyi, fikir dağınıqlığı və başqa problemlər yaradır. Fiziki şiddət isə qorxaqlıq, cəsarətsizlik və asosiallıqla özünü biruzə verir.

Uşaq Qaynar Xəttinə 2018-ci il də onların şiddətə məruz qalması ilə bağlı 3581 müraciət daxil olub.

Psixoloq və pedoqoqların fikrinə əsasən düzgün tərbiyə erkən yaşlardan başlayır və şiddətin heç bir növü düzgün tərbiyə metodu deyil.

Şiddət hər kəsə qarşı qəbul edilməz bir haldır və cəmiyyətə qarşı nifrətin başlanğıcıdır. (Benefisiar.org)