Son zamanlar qonşu dövlətlərdə baş verən hadisələr göstərir ki, demokratiyanın bərqərar olmasında seçkilər həlledici rol oynayır.
Seçkilər hakimiyyətin xalqın etimadını qazanması üçün effektiv vasitədir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən qoruyur.
Azərbaycan Konstitusiyası vətəndaşların seçki hüquqlarının ən mühüm hüquqi təminatıdır. Görəsən Azərbaycan vətəndaşı bu hüququndan xəbərdardırmı?
Sabiq millət vəkili İqbal Ağazadə problemi seçicidə yox, seçki prosesinin şəffaf olmamasında görür.
REAL partiyasının sədri İlqar Məmmədov düşünür ki, əsas məsuliyyət dövlətin üzərinə düşür. İlqar bəy deyir ki, ölkədə müşahidəçilik ənənəsi formalaşmalıdır.
Keçmiş MSK üzvü Akif Qurbanov problemin kökünü müxalifət-cəmiyyət əlaqəsində görür. O, hesab edir ki, son 25 ildə müxalifət əhalinin etimadını tam qazana bilməyib.
Hüquqşünas Səməd Rəhimlinin fikrinə görə, seçki instutunun inkişaf etməməsinin səbəbi hakimiyyətin birbaşa müdaxiləsidir.
Vətəndaş olaraq anlamalıyıq ki, verdiyimiz hər bir səs bizim və övladlarımızın gələcəyini həll edir. (Benefisiar.org)