MSK bu dairələr üzrə şikayətləri baxılması üçün DSK-ya göndərib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda 8 saylı Binəqədi Birinci, 12 saylı Qaradağ-Binəqədi, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal Birinci, 16 Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi İkinci, 23 saylı Nəsimi-Səbail, 29 saylı Səbail, 31 saylı Suraxanı İkinci, 32 saylı Suraxanı Üçüncü, 34 saylı Xətai İkinci, 40 saylı Kəpəz İkinci, 42 saylı Sumqayıt İkinci, 46 saylı Şirvan, 47 saylı Mingəçevir, 56 saylı Xaçmaz Kənd, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 63 saylı Sabirabad Birinci, 72 saylı Yardımlı-Masallı, 77 saylı Astara, 79 saylı İmişli Şəhər, 82 saylı Ağcabədi, 84 saylı Füzuli, 91 saylı Ucar, 94 saylı Bərdə Kənd, 88 saylı Göyçay, 98 saylı Şəmkir Şəhər, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 112 saylı Qax, 118 saylı Ağdam Şəhər Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Əvvəlki məqaləGüzəştli mənzillərin satışı ilə bağlı elan veriləcək
Növbəti məqaləMSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı