MSK bu dairələr üzrə şikayətləri DSK-lara göndərib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir neçə Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, iclasda 97 saylı Goranboy-Ağdam-Tərtər və 108 saylı Ağstafa Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.

İclasında 51 saylı Qusar Seçki Dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə də baxılıb.

APA-nın məlumatına görə, iclasda daxil olmuş şikayət və müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.

Əvvəlki məqaləMəzahir Pənahov seçki qutularından danışdı
Növbəti məqaləHüquqşünas Vəkillər Kollegiyasını məhkəməyə verib