DİN-in karantin rejimi ilə bağlı “qaynar xətt”i yaradılıb

Daxili İşlər Nazirliyinin (DİN) karantin rejiminin tətbiqi ilə bağlı “qaynar xətt”i yaradılıb.

DİN-dən APA-ya verilən məlumata görə, respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb.

Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz.

Əvvəlki məqaləBu şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb
Növbəti məqaləRayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılacaq