Bu şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslərin (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.
APA-nın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Təklif edilən dəyişikliklə bu müddət 9 ay uzadılıb. Yəni həmin şəxslər 2021-ci il yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaq.

Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları minimum əməkhaqqının 4 faizi həcmində müəyyənləşib.

Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət də uzadılıb.

APA-nın məlumatına görə, bu, “Tibbi Sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.
Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz həcmində müəyyən edilib.

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

APA-nın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.
Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində müəyyən edilib.

Əvvəlki məqaləBu tibbi ləvazimatlar əlavə dəyər vergisindən azad edildi
Növbəti məqaləDİN-in karantin rejimi ilə bağlı “qaynar xətt”i yaradılıb