Şirkətlərin və sahibkarların bu hallara görə cərimələnməsi ləğv edilir

İnzibati Xətalar Məcəlləsində 3 hala görə – sığortaedən kimi sığortaçıda qeydiyyata durmama, işsizlikdən sığorta haqqını sığortaçıya ödəməmə və Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməyə görə məsuliyyətin ləğv edilməsi təklif olunur.

APA-nın məlumatına görə, qanun layihəsi bu gün Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu 3 halla bağlı İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin yüz manat, vəzifəli şəxslərin iki yüz manat, hüquqi şəxslərin dörd yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdu.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləHansı hallar 190 manatla bağlı müraciətlərə baxılmasını gecikdirir?
Növbəti məqalə“Təhsil haqqında” qanuna dəyişiklik qəbul edildi