Bakıda koronavirusa yoluxma ən çox hansı rayondadır?

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ən yüksək nəticə Yasamal rayonundadır, yəni 22,65% təşkil edir: “Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,81%, Abşeronda 5,69%, Nizami və Suraxanıda 5,11%, Xəzərdə 4,53%, Sumqayıtda 3,72%, Qaradağda 3,02%, Səbaildə 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb”.

Əvvəlki məqaləPrezident məhdudiyyətlərin yumşaldılmasından danışdı
Növbəti məqaləNazir müavini məktəblərin açılmasından danışıb