190 manat üçün müraciət edənlərə vacib xəbər

İqtisadiyyat nazirinin müavini
Sahib Ələkbərov

“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışmışam və biz razılaşmışıq ki, 190 manatlıq ödəniş məsələsində VÖEN olması heç bir rol oynamır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirərkən deyib.

“Həmin məsələ ilə bağlı sualı yaranan vətəndaşın şikayəti araşdırıla bilər”, – o qeyd edib.

Benefisiar.org xatırladır ki, bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov açıqlama vermişdi. Həmin açıqlama ilə burda tanış ola bilərsiniz.

Əvvəlki məqaləİpoteka krediti ilə bağlı ancaq bu şəxslərə güzəşt ediləcək
Növbəti məqaləMikayıl Cabbarov ödənişlərdən danışdı