Buraxılış və qəbul imtahanları barədə rəsmi açıqlama

“Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq mövcud vəziyyət qitmərləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ehtiyac olsa dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: “Çalışacaq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın”.

C.Bayramov qeyd edib ki, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir: “Konkret əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq”

Əvvəlki məqaləNə qədər əmanətçinin vəsaiti tam sığortalanacaq?
Növbəti məqaləDərs ili müddəti artırıla və yay tətili ləğv oluna bilərmi?