Repetitorın fəaliyyətinə icazə veriləcək?

“Repetitor fəaliyyəti ilə bağlı qəbul edilən qərara əsasən, bu həftədən etibarən onların işləməyinə icazə veriləcək. Bu iş də sanitar təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməlidir”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə onlayn tədrisin təşkilinə önəm verilməsini tövsiyə edib: “Əminəm ki, müəllimlər hazırlıqların da onlayn şəkildə keçirilməsinə üstünlük verəcəklər”.

Əvvəlki məqaləDərs ili müddəti artırıla və yay tətili ləğv oluna bilərmi?
Növbəti məqaləİcra nümayəndəsi karantinə görə tutuldu