Karantin qadağaları bu şəxslərə şamil edilməyəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.”

Əvvəlki məqaləElektrik smart kartların yükləməsinin yeni üsulu təklif olunacaq
Növbəti məqaləAzərbaycan sərhədində giriş-çıxışa tətbiq olunan qadağa bu müddətə qədər uzadıldı