“Tarqovı”da bu qadağa tətbiq edilib – Fotolar

Bakının mərkəzi Nizami küçəsində olan oturacaqlar lentlənib.

“Qafqazinfo” xəbər verir ki, küçəyə giriş qadağan edilməsə də, oturacaqlarda əyləşməyə icazə verilmir.

Bu məqsədlə skamyaların bəzisi lentlənib, digərləri isə bir-birinin üstünə qoyulub.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya bildirilmişdi ki, sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.