Sosial yardım bu müddətə təyin ediləcək

Azərbaycanda sosial yardımın təyin olunması müddəti 2 ildən 1 ilə endirilir.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) dəyişiklik təklif edilir.

Dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Əvvəlki məqaləAli təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Növbəti məqaləBu tarixdən 190 manatın ikinci ay üçün ödənməsinə başlanılacaq