Vergi və sosial qanunvericiliyə edilmiş dəyişikliklərin şərhi – VİDEO

Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.

Əvvəlki məqaləTibb müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşir
Növbəti məqaləAli məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı