Sərt karantin rejimində market və apteklər necə işləyəcək?

İyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi dövründə market və apteklər fəaliyyət göstərəcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, aprel ayında tətbiq edilən karantin rejimi kimi bu dəfə də insanlar SMS vasitəsilə icazə alaraq market və apteklərdə alış-veriş edə biləcəklər. Dəqiq qaydalar, sabah açıqlanacaq.

Əvvəlki məqaləKoronavirus testlərinin maya dəyəri açıqlanıb
Növbəti məqaləAzərbaycanda ilk dəfə xanımlar rayon prokuroru təyin olundu