Bu hakimlər cəzalandırılıb

Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Əvvəlki məqalə190 manatın kimə və necə veriləcəyi açıqlandı
Növbəti məqaləKarantinə görə hakim cəzalandırıldı