“Semaşko”nun rəhbərliyi işdən çıxarıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Əvvəlki məqaləSosial yardımın təyin olunmasına dəyişiklik edildi
Növbəti məqaləMüəllimlərin işə qəbulu üzrə ərizələrin qeydiyyatı başlayır