Ölkəyə nəyi rüsumsuz gətirmək olar?

Ölkəyə gələrkən və gedərkən nə qədər mal, əşya və pul gətirə bilərik? Hansı miqdara qədər ödəniş tələb edilmir?

Bu siyahı aşağdakı kimidir:

-Şəxsi əşyalar

Səfər zamanı şəxs zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyaları ölkəyə gətirə və ya apara bilər.

-Dəyəri 1500 ABŞ dollarına qədər olan mallar.

– Ölkəyə gələn zaman şəxs istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla digər malları heç nə ödəmədən keçirilə bilər. Gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dollardan artıq olmayan mallar gətirilə bilər. Hər bir yetkinlik yaşına çatmamış şəxsə görə əlavə 500 ABŞ dollar məbləğindən artıq olmayan mal gətirilməsinə icazə verilir.

-Şəxsi istifadə miqdarında dərman vasitələri.

Ölkəyə gələrkən şəxsi istifadə üçün gətirilən dərman vasitələri üçün heç bir ödəniş tələb edilmir. Dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrinin gətirilməsinə icazə verilir.

-1,5 litr spirtli içki, 200 ədəd siqaret, 20 qram qızıl və 0,5 karat almaz .

Aksiz tətbiq edilən mallara fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş qızılın, 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaqdan heç bir ödəniş tələb edilmir.

– 30 kq müxtəlif növ ərzaq məhsulları .

Ayı ərzində bir dəfə hər bir şəxsin 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını heç bir ödəniş etmədən ölkəyə gətirə bilər.

-125 qrama qədər nərə cinsli balıq kürüsünün və 5 kiloqrama qədər nərə cinsli balığın ölkə ərazisindən aparılması.

Ay ərzində bir dəfə 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü gömrük ödənişlərini ödəmədən sərhədindən keçirilə bilər.

Yazılı formada bəyan edilməli olan mallar

-Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar;

-Müəyyən edilmiş həddən artıq qiymətli metallar və daşlar;

-10000 ABŞ dollar ekvivalentindən artıq valyuta və qiymətli kağızlar;

-Lisenziya və icazə tələb olunan mallar.

Benefisiar.org

Oxunub: 1983