Bu şəhər və rayonlarda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır

2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Əvvəlki məqalə190 manatın verilməsi qaydası açıqlandı
Növbəti məqaləDİN komendant saatı ilə bağlı vətəndaşlara müraciət etdi