Parlament hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan etibarən hərbi vəziyyət ləğv olunur.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləKarantinlə bağlı icazələrin alınması sistemi yenidən aktivləşdirildi (VİDEO)
Növbəti məqaləXarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edildi