Poçtda xidmət dəyişdirilir – YENİLİKLƏR

Yaxın günlərdə “Azərpoçt” MMC Bakıda “Şəbəkə” xidmət mərkəzi açacaq.

Trend-ə şirkətdəki mənbənin verdiyi məlumata görə, mərkəz “vahid pəncərə” sistemi ilə fəaliyyət göstərəcək.

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin addan ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

Bu ilin ilk yarısınadək Bakıda beş “Şəbəkə” mərkəzinin açılması planlaşdırılır.