Ətraf mühitə dəyən ziyanla bağlı 990 iş üzrə cərimə tətbiq edilib

Ətraf mühitin mühafizəsi sahəsində 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920255 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 570 iş üzrə 955299,17 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5743 iş üzrə 1141264,21 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 603 işdən 227-nə, icra qruplarına göndərilən 590 işdən 241-nə, məhkəmələrə göndərilən 76 işdən 20-nə baxılıb.

Su ehtiyatlarının mühafizəsi üzrə 224 akt və 63 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 128 müddətli “məcburi göstəriş” verilib. 68 iş üzrə 55110 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 28 iş üzrə 106125,34 manat məbləğində iddia qaldırılıb, 1104 iş üzrə 323438,7 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 20 işdən 7-nə, icra qruplarına göndərilən 44 işdən 31-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Atmosfer havasının mühafizəsi üzrə 167 akt və 79 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli “məcburi göstəriş” verilib. 85 iş üzrə 26545 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 47 iş üzrə 47895,86 manat məbləğində iddia qaldırılıb, 1528 iş üzrə 319560,33 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 57 işdən 14-nə, hüquq mühafizə orqanlarına göndərilən 17 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

Nazirlikdən əlavə olunub ki, torpağın mühafizəsi üzrə 112 akt və 38 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli “məcburi göstəriş” verilib. 50 iş üzrə 29300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 19 iş üzrə 9999,5 manat məbləğində iddia qaldırılıb, 339 iş üzrə 38622 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 16 işdən 6-na, icra qruplarına göndərilən 25 işdən 7-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Yerin təkinin mühafizəsi üzrə 73 akt və 35 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib. 47 iş üzrə 31300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 31 iş üzrə 6583,89 manat məbləğində iddia qaldırılıb, 50 iş üzrə 8210 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 31 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.