Balıq ehtiyatlarının mühafizəsi üzrə 100 protokol, 172 akt tərtib edilib

Ötən il məişət tullantılarının mühafizəsi üzrə 483 akt və 152 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 350 müddətli “məcburi göstəriş” verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, 146 iş üzrə 194 min 500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 5 iş üzrə 2020,89 manat məbləğində iddia qaldırılıb, 1472 iş üzrə 225293,77 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 88 işdən 51-nə, icra qruplarına göndərilən 121 işdən 62-nə, məhkəmələrə göndərilən 9 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

İstehsalat tullantılarının mühafizəsi üzrə 97 akt və 47 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 52 müddətli “məcburi göstəriş” verilib. 34 iş üzrə 27 min 400 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 9 iş üzrə 18377,87 manat məbləğində iddia qaldırılıb, 868 iş üzrə 214205,06 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 22 işdən 14-nə, icra qruplarına göndərilən 25 işdən 13-nə, məhkəmələrə göndərilən 7 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Floranın mühafizəsi üzrə (meşə) 368 akt və 27 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 müddətli “məcburi göstəriş” verilib. 36 iş üzrə 24 min 500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 206 iş üzrə 38342,25 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 30 işdən 2-nə, icra qruplarına göndərilən 15 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Floranın mühafizəsi üzrə (yaşıllıq) 1037 akt və 382 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 122 müddətli “məcburi göstəriş” verilib. 391 iş üzrə 419300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 207 iş üzrə 722254,37 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 355 işdən 123-nə, icra qruplarına göndərilən 209 işdən 83-nə, məhkəmələrə göndərilən 50 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Nazirlikdən qeyd olunub ki, fauna ehtiyatlarının mühafizəsi üzrə 122 akt və 121 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 müddətli “məcburi göstəriş” verilib. 131 iş üzrə 111700 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 3699,2 manat məbləğində iddia qaldırılıb, 382 iş üzrə 11934,35 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 33 işdən 20-nə, icra qruplarına göndərilən 61 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Balıq ehtiyatlarının mühafizəsi üzrə 100 protokol və 172 akt tərtib edilib. Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51 min 229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq-mühafizə orqanlarına göndərilib.