Parlamentlə bağlı veriliş olacaq

“Bu yaxınlarda İctimai TV-də “Parlament saatı” verilişi efirə gedəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu, keçən sessiyada olmalı idi: “Ancaq mövcud şərait nəzərə alındı. Bu yaxınlarda parlamentlə bağlı veriliş efirə veriləcək. Parlamentin saytı da artıq yeniləndi. Bu, zamanın tələbi idi”.