Parlamentlə bağlı veriliş olacaq

“Bu yaxınlarda İctimai TV-də “Parlament saatı” verilişi efirə gedəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu, keçən sessiyada olmalı idi: “Ancaq mövcud şərait nəzərə alındı. Bu yaxınlarda parlamentlə bağlı veriliş efirə veriləcək. Parlamentin saytı da artıq yeniləndi. Bu, zamanın tələbi idi”.

Əvvəlki məqalə“Azərsu”dan qiymətlərin artırılması ilə bağlı açıqlama
Növbəti məqaləAzərbaycan və Türkiyə vətəndaşları hər iki ölkəyə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək