Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yaradılır

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil ediləcək.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün; maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlki məqaləElmi dərəcəsi olan pensiyaçıların nəzərinə!
Növbəti məqaləİnzibati məhkəmələrə hakimlər təyin edildi