Koronavirusun ən çox yayıldığı ərazilər açıqlandı

Azərbaycanda koronavirusa (COVID-19) yoluxma göstəriciləri ilə bağlı yeni statistika açıqlanıb.

“Report” xəbər verir ki, qeydə alınan yoluxma hallarının 52,2%-i Bakının payına düşür.

Yoluxma göstəricisi Aranda 13,3 %, Abşeronda 12,9 %, Gəncə-Qazaxda 8,1 %, Şəki-Zaqatalada 3,2 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,9 %, Dağlıq Şirvanda 2,5 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.

Əvvəlki məqaləƏt satışı müəssisələrinin fəaliyyətinə dair qaydalar təsdiqlənib
Növbəti məqaləNazirlər Kabineti bu qərarların izahını verdi