DİN bloger Mehman Hüseynovu məhkəməyə verib

DİN bloger Mehman Hüseynovu məhkəməyə verib. Bu barədə onun vəkil Elçin Sadıqov bildirib.

İşə fevralın 10-da Suraxanı Rayon Məhkəməsində Ceyhun Qasımovun sədrliyilə baxılacaq. Ancaq vəkil qeyd edib ki, xüsusi ittiham qaydasında şikayət müdafiə tərəfinə təqdim edilməyib.

Bloger Turan-a bildirib ki, DİN-in onu nədə ittiham etdiyindən məlumatlı deyil. Ancaq onun fikrincə, bu, jurnalist fəaliyyətilə bağlıdır. “Məni həbs etmək, təzyiq göstərmək üçün bu addımı atıblar”, – o qeyd edib.

Xatırladaq ki, yanvarın 9-da M.Hüseynov Bakının mərkəzində bir neçə mülki geyimli şəxs tərəfindən oğurlanaraq bir neçə saat mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Növbəti gün onu polisə tabe olmamaqda ittiham ediblər. Məhkəmə blogeri təqsirli bilərək 200 manat cərimələyib.

DİN hesab edir ki, bloger polis əməkdaşlarını onu oğurlayaraq işgəncə verməkdə ittiham etməklə polisə böhtan atır və bu səbəbdən prokurorluğa şikayət verib