Sahibkarlıq sahəsində yoxlamalar bir il də dayandırıla bilər

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin daha bir il uzadılması təklif edilir.

“Report”un məlumatına görə, bununla bağlı məsələ “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.

Əvvəlki məqaləDİN rəis vəzifələrinə qəbulla bağlı müsabiqə elan edib
Növbəti məqaləGüzəştli kredit verilən sahələr genişlənir