“Qaçqınkom” yanında İctimai Şuraya elan verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi ilə bağlı elan verilib.

Benefisiar.org saytı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, adıçəkilən komitə Vətəndaş cəmiyyəti institutlarının diqqətinə çatdırır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və bununla əlaqədar olaraq onların qeydiyyatı elan edib. Elanın qüvvədə olma müddəti 4 aprel 2021-ci il, saat 18:00-dəkdir. Sənədlər Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Bakı şəhəri, Tbilisi prospekti 129), yaxud [email protected] elektron ünvanına göndərilməlidir.

Qeyd olunmalıdır ki, hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Namizəd təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun müraciəti əsasında irəli sürülür. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

şəxsiyyət vəsiqəsinin surəti;

namizədin tərcümeyi-halı;

namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən arayış (vətəndaş cəmiyyəti üzvü olmayana aid deyil).

Səsvermə 7 aprel 10:00 – 16:00-da davam edəcək. Qeydiyyat üçün Vətəndaş Cəmiyyəti İnstitutları səsvermədə təmsilçisi barədə məlumatları (şəxsiyyət vəsiqəsinin surəti və hansı vətəndaş cəmiyyətini təmsil etməsi haqqında məlumat) seçki gününə 10 gün qalanadək (28 mart 2021-ci il saat 18:00) Seçki Komissiyasına təqdim etməlidirlər.

Seçki ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq Sektoruna müraciət edilə bilər.

Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.

Əlaqə: 012 530-82-37; [email protected]

Əvvəlki məqaləMilli Məclisdə gender məsələləri ilə bağlı dinləmə keçiriləcək
Növbəti məqaləDYP-dən sürücülərə daha bir xəbərdarlıq