Bu gənclərə təqaüd ayrılacaq

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti azərbaycanlı gənclərə təqaüd ayıracaq.

Bu barədə “Report”a təşkilatın sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məlumat verib.

O bildirib ki, pandemiyanın yaratdığı çətinliklər aradan qalxandan sonra təqaüdə rəsmi müraciət edilməsi üçün elan veriləcək:

“Son bir neçə gündə Azərbaycanda onlayn qoşulduğum tədbirlərdə savadlı gənc həkimlərimizin olduğunu gördüm. Bu, çox xoş haldır. Onların xüsusilə də neyroradiologiya sahəsinə və insult xəstələrinin müalicəsinin Almaniyadakı təşkilinə marağını nəzərə alaraq Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri olaraq təşkilatımız adından bir neçə nəfərə təqaüd ayırmağa və onları Almaniyadakı neyroradiologiya sistemi ilə tanış olmaq üçün gətirməyə qərar verdik”.

N.Abdullayev deyib ki, təqaüd üçün rezidentlər, gənc həkimlər və insult xəstəliyinin müalicəsi ilə məşğul olan digər ixtisas sahibləri də müraciət edə biləcəklər.

Əvvəlki məqaləƏmək müqaviləsini pozmaqda təqsirləndirilən direktorun şikayəti təmin edilməyib
Növbəti məqaləOmbudsmandan “ipoteka” təklifi