Dövlət Gömrük Komitəsi bu məhsulların distributorunu cərimələyib

Dövlət Gömrük Komitəsi “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1999-cu ildə təsis edilən “Delta Qrup C.O.” MMC “ “Anchor”, “Doyaruşka” (“Доярушка”), “Ammerlander”, “Gut von Holstein”, “Tibet” və s. məhsulların
Azərbaycanda rəsmi distributorudur, həmçinin “DonMasloProduct” şirkətinin “Zolotoya Maslenitsa” markasının “Molkerei Ammerland” şirkətinə məxsus “Mühlenhof” markasının və Belarusiya Respublikasının «Слодыч» markasının Azərbaycanda rəsmi nümayəndəliyini alıb.

Əvvəlki məqaləBu tarixdən etibarən siqaretlərin qiymətində artım olacaq
Növbəti məqaləQanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə tədbirlər görülüb