Müavinət və təqaüdlər nə vaxt ödəniləcək?

“Həm sosial müavinətlərin, həm təqaüdlərin, həm də ünvanlı dövlət sosial yardımı Novruz bayramına qədər ödənilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

O bildirib ki, sadalanan ödənişlər martın 19-dək verilməsi nəzərdə tutulur: “Bir ildən artıqdır ki, ödənişlər qrafikdən əvvəl vətəndaşlara ödənilir”.

Əvvəlki məqaləDSMF sədri ünvanlı sosial yardımın təyin edilməsinə aydınlıq gətirdi
Növbəti məqaləBu ailələrə əlavə ödənişlər edilə bilər