Sosial sahə ilə bağlı ödənişlərin artırılması üçün təkliflər hazırlanıb

Sağlamlıq imkanları məhdud olan uşağa baxılmasından ötrü verilən ödənişlərin artırılması üçün təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim olunub.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

DSMF sədri bildirib ki, sosial sahə ilə bağlı ödənişlərdə tətbiq olunan artımlar davamlı olur və növbəti dövrlərdə də bu sahədə artımlarım olması üçün təkliflər hazırlanıb və bu təkliflərə baxılacaq.

Əvvəlki məqaləBu şəkildə ünvanlı sosial yardımı üçün müraciət etmək cinayətdir
Növbəti məqaləMetropoliten infrastrukturunda həftəsonu yoxlama aparılacaq