Bu şəhər və rayonlar üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlandı

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi aprelin 8-nə nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.