Daxili İşlər Nazirliyi postların qurulması ilə bağlı xəbərə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir:

“Operativ Qərargah hələ ki, belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.

Əvvəlki məqaləBu şəhər və rayonlar üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlandı
Növbəti məqaləMəişət zorakılığı ilə bağlı sorğu keçirilməsinə başlanılıb